Natural qoz ağacından hazırlanmış bu xüsusi divar saatı klassik sənətkarlıq və fərqli dizayn üslubunun bir araya gəldiyi xüsusi modellərdəndir.
Gəmi sükanı formasında hazırlanmış görünüşü məhsula fərqli xarakter və dekorativ estetik görünüş qazandırır.
Üzərində işlənmiş oyma detalları, rəqəm hissələri və mərkəzdə yerləşən xüsusi simvolik işləmələr tamamilə əl işçiliyi ilə hazırlanmışdır.
Təbii ağacın teksturası və incə işlənmiş naxışlar məhsulun sənət yönünü daha da ön plana çıxarır.
Həm klassik interyer, həm də xüsusi dekor sevənlər üçün uyğun olan bu model təqdim olunduğu məkana fərqli atmosfer və premium görünüş qatır.
Emerald emalatxanasında hazırlanmış xüsusi əl işi kolleksiya modellərindən biridir.